09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi

Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin qənaətinə əsasən, Elçin Camalov zəruri müdafiə həddini aşmayıb. Qardaşı onu bıçaqlamaq istəyərkən E.Camalov da özünü qorumaq məqsədi ilə onu bıçaqlayıb. Cinayət işi üzrə onun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il martın 18-də Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qardaşı, 1969-cu il təvəllüdlü Elçin Camalovun aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.

(Qafqazinfo)

Tarix: 8-12-2021, 16:51 Oxunub: 161


Bölməyə aid digər xəbərlər