21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Əsgərimiz özünü güllələdi

Əsgərimiz özünü güllələdi

Azərbaycanda hərbi qulluqçu intihar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Rəvan Tağıyevin Yevlaxın Salahlı kənd sakini olduğu, hadisənin Laçında baş verdiyi bildirilir.

Tarix: 6-07-2022, 18:26 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
6-04-2021, 12:26 Hərbçimiz İNTİHAR ETDİ