14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
15:36 / 26-11-2024
Nazir rəisi işdən çıxardı - Yeni təyinat
12:09 / 26-11-2024
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
11:52 / 26-11-2024
Tatlısəs yerimə qabiliyyətini itirdi - Foto
07:28 / 26-11-2024
Polşa prezidenti Ermənistana getdi
07:21 / 26-11-2024
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
07:20 / 26-11-2024
Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
“Location” gecə klubundakı partlayışa görə həbs edilən şəxslər barədə ŞOK QƏRAR VERİLDİ
Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
GununNebzi.az “Report”-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.
Hər üç şəxs elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Daha sonra R.Rəsulov ifadə verməyə hazır olmadığını deyib.
Orxan Səfərli isə istintaqdan narazı olduğunu söyləyib:
“Hadisə olan vaxt mən “Merser food” MMC-nin rəhbəri olmamışam. Sadəcə iki təsisçidən biriyəm. 2018-ci ildə İsrail Usubov Ayxanla “The Players” adlı çay evini işlədirdilər. Mənim İsrail Usubovla 2009-cu ildən münasibətimiz var. 2020-cı ildə Ayxanla İsrail arasında mübahisə yarandı. Daha sonra Ayxanın üzərində olan 50 faiz pay mənim adıma keçirildi. Həmin yer pab oldu. Mən oraya ümumiyyətlə getmirdim. Orada cəmi iki dəfə olmuşam. Hadisə olan vaxt mən oraya qonaq qismində getmişdim”.
Daha sonra digər təqsirləndirilən Ruslan Məmmədov ifadə verib. Onun sözlərinə görə, həmin obyektin VÖEN-i olmadığı üçün yoxlama aparılmayıb.
Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.
Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
Partlayış nəticəsində bir nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-07-2022, 18:47 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
5-04-2022, 06:37
Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - Yeni adlar
5-07-2022, 11:28
“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır
5-04-2022, 06:47
Partlayışa görə üç nəfər həbs edildi - Rəsmi
4-04-2022, 22:24
“Location” gecə klubundakı partlayışın görüntüləri - ANBAAN VİDEO