21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda nəvənin nənəsini amansızlıqla öldürməsinin detalları

Bakıda nəvənin nənəsini amansızlıqla öldürməsinin detalları

Bu il aprelin 11-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində nənəsi, 1953-cü il təvəllüdlü Natalya Popovanı amansızlıqla öldürən 1999-cu il təvəllüdlü Murad İmanovun məhkəməsi başa çatıb.

GununNebzi.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.İmanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci (xüsusi amansızlıqla və tamah məqsədilə adam öldürmə) maddələri ilə ittiham edilib. 23 yaşlı təqsirləndirilən şəxs nənəsini qisas və tamah məqsədilə öldürdüyünü etiraf edib.

Məlum olub ki, hadisədən əvvəl Murad onunla birgə yaşayan anası və nənəsindən dəfələrlə Yeni Suraxanıdakı evdən çıxmalarını tələb edib və orada tək yaşamaq istədiyini deyib. O, anasına və nənəsinə ailəyə məxsus digər evdə yaşamalarını bildirib. Lakin onlar Muradın tələbləri ilə razılaşmayıblar. Həmçinin narkotik vasitə aludəçisi olan Murad İmanov hadisədən 5 gün əvvəl evdəki kondisioneri elan saytı vasitəsilə 250 manata sataraq pulu götürüb. Bundan sonra anası və nənəsi onu evə buraxmayıb və hadisə barədə polisə şikayət ediblər.

23 yaşlı şəxs baş verənlərdə nənəsini günahlandıraraq onu qətlə yetirib. Hadisə baş verən gün Muradın anası işdə olub. O, Yeni Suraxanıdakı mənzilə gələrək qapını döyüb, lakin nənəsi onu içəri buraxmayıb. Bu zaman Murad nənəsindən çay istəyib, Natalya Popova qapının arasından ona bir stəkan çay verib. Bir qədər sonra Murad ikinci dəfə nənəsindən çay alaraq həyətə düşüb. O, bir qədər sonra geri qayıdaraq nənəsini dilə tutub və söhbət etmək istədiyini bildirib. Mənzilə daxil olandan sonra Murad nənəsinə hücum edərək özü ilə gətirdiyi bıçaqla onun boğazına çoxsaylı xəsarətlər yetirib. Nənəsinin yalvarışlarına məhəl qoymayan Murad bıçağı əyildiyi üçün mətbəxdən daha bir bıçaq götürərək əməlinə davam edib. O, nənəsini qətlə yetirəndən sonra meyiti mələfələrə bükərək həyətə düşürüb və əl arabasına qoyaraq 2 kilometr uzaqlığa – boş əraziyə aparıb. Burada nənəsinin meyitini gizlədən və üstünü daşla örtən Murad daha sonra geri qayıdıb.

Evə qayıtdıqda xalası və xalasının əri həyətdə olub və onlar Muraddan nənəsini soruşublar. Murad isə qaçmağa çalışıb. Xalasının əri onu tutaraq vurub və qadının yerini soruşub. Murad isə heç nədən xəbərinin olmadığını bildirib və polisə zəng etməyi təklif edib. Bundan sonra polisə müraciət edilib və N.Popovanın itkin düşməsi bildirilib.

Aparılan araşdırmalardan və sorğu-sualdan sonra Murad İmanov nənəsini amansızlıqla öldürdüyün etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb və M.İmanova 18 il həbs cəzası verilib.

Tarix: 28-09-2022, 18:28 Oxunub: 27


Bölməyə aid digər xəbərlər