14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
15:36 / 26-11-2024
Nazir rəisi işdən çıxardı - Yeni təyinat
12:09 / 26-11-2024
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
11:52 / 26-11-2024
Tatlısəs yerimə qabiliyyətini itirdi - Foto
07:28 / 26-11-2024
Polşa prezidenti Ermənistana getdi
07:21 / 26-11-2024
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
07:20 / 26-11-2024
Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
29 il əvvəlki qətlə görə tutulan şəxs tanınmış ekspertdir
Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən 29 il əvvəl Bakıda Fikrət İbrahimovun yaşadığı mənzilində güllənərək öldürülməsi cinayətinin üstünün açılması barədə xəbər vermişdik.
GununNebzi.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illər bağlı qalmış cinayəti törətməkdə şübhəli bilinən, həmin vaxt F.İbrahimovun iş yoldaşı olmuş Nazim Bayramov tanınmış şəxsdir. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstəriblər. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub”.
Fotoda: 1993-cü ildə qətlə yetirilən Fikrət İbrahimov
Mərhum F.İbrahimovun bacısı Nurcahan Şəmsiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, N.Bayram qardaşı F.İbrahimovu sifarişlə qətlə yetirib: “Qardaşım Surət Hüseynovun rəhbərlik etdiyi qurumda iqtisadçı vəzifəsini tuturdu. 1993-cü ilin noyabr ayında qardaşım təhvil-təslim edib. Həmin vaxt o, dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunacaqdı. Lakin təhvil-təslimdən dərhal sonra qardaşımı evdə başına bir neçə dəfə atəş açaraq qətlə yetirdilər. Özü də deyilənə görə Nazimlə qardaşım dost olublar. Yayılan məlumatlarda hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilsə də, mən bu versiya ilə razı deyiləm”.
N.Şəmsiyeva əlavə edib ki, həmin dövrdə qardaşı Nərimanov rayonundakı mənzildə tək yaşayırmış: “Hadisədən 3 gün əvvəl ət gətirmişdi ki, ona dolma bişirim. Ondan sonra ondan xəbər tuta bilmədik. Daha sonra digər qardaşıma dedim ki, Fikrət yoxdur, maraqlansın. 3 gün ondan xəbər olmadı və belə bir hadisənin baş verdiyi məlum oldu”.
N.Şəmsiyeva qeyd edib ki, başlanmış cinayət işinin gedişatı ilə bağlı bu gün onu prokurorluğa dəvət ediblər.
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb. 28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə istintaq davam etdirilir.
Onu da qeyd edək ki, Nazim Bayram cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınır. O, Vətən Müharibəsində veteranlardan təşkil edilmiş dəstədə də iştirak edib.
Nizam Rza
Fotoda: Nazim Bayram
Bölməyə aid digər xəbərlər

Tarix: 4-11-2022, 14:34 Oxunub: 65
Bölməyə aid digər xəbərlər
31-10-2022, 12:03
Azərbaycanda 29 il əvvəl öldürülmüş şəxsin qatili tapıldı
2-02-2022, 17:15
Surət Hüseynova görə tutulan şəxs həbsdə öldü
21-02-2022, 13:16
Ana və övladlarını öldürən şəxs məktəb direktoru olub
7-10-2022, 16:11
Gəncədə 43 yaşlı kişi dini zəmində öldürülüb? - Foto