16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
Anasını öldürüb meyitinin yanında yatdı

Anasını öldürüb meyitinin yanında yatdı

Şabranda anası döyərək öldürən 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun məhkəmə prosesi başa çatıb.

GununNebzi.az-
ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı M.Nazırov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 9-da Şabranın Ağalıq kəndində qeydə alınıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisə günü o, evə sərxoş vəziyyətdə gəlib. Bu zaman 1953-cü il təvəllüdlü anası ona nəyə görə bu qədər içdiyini irad tutub. Həmin vaxtı həddindən artıq sərxoş vəziyyətdə olan Məhəmməd, anası Nuriyyə Nazırovunanın iradlarından əsəbləşərək, sağ əlinin arxası ilə valideynin üz nahiyəsinə zərbə endirib. Bu zaman qadın zərbənin təsirindən yerə yıxılıb və başından xəsarət alıb.

Məhəmməd sərxoş vəziyyətdə olduğu üçün anasının nəfəsinin gəlmədiyini, yəni öldüyünü görüb onun yanında uzanaraq yatıb qalıb. Digər baş verənlərin isə xatırlamadığını bildirib. O, ayıldığı zaman polis əməkdaşlarının evdə olduğunu görüb.

(Qafqazinfo)

Tarix: 5-11-2022, 22:28 Oxunub: 83


Bölməyə aid digər xəbərlər