16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
Qızının sevgilisi ilə münasibətdə olan ana öldürüldü

Qızının sevgilisi ilə münasibətdə olan ana öldürüldü2017-ci il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində yaşayan 1989-cu il təvəllüdlü Samir Hacəliyev tanışı Gülnaz Sultanovaya balta ilə ağır dərəcəli xəsarətlər yetirib. Yaralanan qadın xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib. Cinayəti törədən şəxs isə polisə gedərək təslim olub.

GununNebzi.az BAKU TV-yə istinadən xəbər verir ki, rayon Polis Şöbəsinin İstintaq bölməsində ilkin olaraq CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.


Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş aprelin 1-də Mərkəzi Rayon Xəstəxanasında vəfat edib. Bu səbəbdən iş rayon prokurorluğuna göndərilib və saxlanılan şəxsə CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Gülnaz Sultanovanın ölümünə beyin toxumasının əzilib dağılması və kəllə sümüklərinin açığ sınığı ilə müşayiət olunan 5 ədəd yara səbəb olub.



İstintaqla müəyyən edilib ki, 2014-cü ildə Samir Hacəliyev tanış olduğu Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə evlənmək istəməsinə baxmayaraq, qadının anası Gülnaz Sultanova münasibətlərinə müdaxilə edib, onların ailə qurmalarına maneəçilik törədib. Bunun nəticəsində qızla münasibəti pozulub.

Gülnaz Sultanova özü onunla ailə qurmaq üçün müxtəlif vasitələrə əl atıb. Mütəmadi anası və bacısına zəng edib, Samiri sevdiyini, bir çox hallarda isə qısqanclıq iradlarını kobud şəkildə bildirərək, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.


2017-ci il martın 26-da qardaşının evində Sultanova ilə görüşərkən, qadına ondan əl çəkməsini bildirdiyinə görə, aralarında yenidən münaqişə yaranıb. Növbəti gün saat 8 radələrində sərxoş vəziyyətdə evdə yatan zaman, anası onu yuxudan oyadaraq, Gülnazın mobil telefonuna zəng etdiyini deyib. Zəngə cavab verdikdə, qadın qəzəbli halda onu təhqir edib. Bundan əsəbiləşən Hacəliyev Sultanovanı öldürmək qərarına gəlib və onu anası ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib.

Bir neçə dəqiqədən sonra Gülnaz onların küçəsinə gəlib. Sultanova evin həyətinə daxil olandan sonra Hacəliyev odun doğramaq üçün istifadə etdiyi baltanın iti tərəfi ilə qadının baş və bədən nahiyələrinə ardıcıl zərbələr endirib. Qadının hərəkətsiz qaldığını görüb, öldüyünü güman edərək Yalama Polis bölməsinə gedərək adam öldürdüyünü bildirib.



Samir Hacəliyev bildirib ki, 2015-ci ilin qış aylarında Şəfanə Feyzullayeva zəng edərək, anası Gülnazın onu evdən qovduğunu və getməyə yerinin olmadığını deyib. Şəfanə ilə evlənmək fikri olduğundan, onu yaşadığı evə gətirib. 4 gündən sonra anası Simnarənin məsləhəti ilə qız öz anası Gülnazla evlərinə qayıdıb.


Bundan sonra Samir tez-tez onlara qonaq gedib. Gülnaz onunla yaxınlıq etməyə çalışıb, o isə qadına qızını sevdiyini, onunla ailə həyatı qurmaq istədiyini söyləyərək, ondan uzaq durmasını xahiş edib. Növbəti dəfə Şəfanəgilə qonaq gedəndə, evdə tək olan Gülnaz sərxoşluğundan istifadə edib, onunla cinsi əlaqədə olub.


Bir müddət yaxın münasibətləri davam edəndən sonra Hacəliyev bunun səhv olduğunu başa düşüb və qadından qaçmağa başlayıb. Onun bu hərəkətindən acığa düşən Sultanova qızına onların intim münasibətindən danışıb. Bu səbəbdən Şəfanə həm ondan, həm də anasından üz döndərərək, evdən çıxıb, birdəfəlik Bakıya gedib. Gülnaz Samirdən yenə də əl çəkməyib, tez-tez nömrəsinə zəng edərək, öz qısqanclıq iradlarını sərt formada bildirib. Hacəliyev Sultanovaya ona və hətta anasına zəng etməməsini xahiş etsə də, xeyri olmayıb.


Martın 27-də Gülnazın zəng edərək anasını təhqir etməsi Samiri özündən çıxarıb, Təxminən 15 dəqiqədən sonra Sultanova sərxoş halda darvazanı açaraq, həyətə daxil olub. Hacəliyev əlindəki balta ilə qadının üstünə gedib. Yaxınlaşıb baş nahiyəsindən zərbələr vurub. Gülnaz zərbənin təsirindən arxası üstə yerə yıxılıb və başından qan axmağa başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Hacəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Tarix: 16-02-2021, 18:35 Oxunub: 152


Bölməyə aid digər xəbərlər