Avqustun 22-də, saat 13 radələrində Salyan rayon sakini Bəsti Səfərovanın iş yerində bıçaqla vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğunun yaydığı məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü Namid Əliyevin arvadı Bəsti Səfərovanın baş tibb bacısı işlədiyi Salyan rayon Mərkəzi xəstəxanasına gələrək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun boyun nahiyəsinə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə yerindən qaçmış Namid Əliyev həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində müəyyən edilib, o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
15:57
Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.
APA-nın məlumatına görə, N.Əliyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
15:45
Salyanda ər arvadını qətlə yetirib.
APA-nın məlumatına görə, Salyan sakini Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər