Dünən əri tərəfindən dənizdə boğularaq öldürülən hamilə qadının görüntüləri sosial şəbəkədə yayılıb.
GununNebzi.az sözügdən görüntüləri təqdim edir:
Ürəyi zəif olan insanların videoya baxmasını tövsiyyə etmirik.
Qeyd edək ki, hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
https://metbuat.tv/videos/05b0bf1a0960a97f3b2d8ba5c02dddb2.MP4
Bölməyə aid digər xəbərlər