23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
​Hacıqabulda qadını qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanıldı

​Hacıqabulda qadını qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıPolis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.
GununNebzi.az xəbər verir ki, belə ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.

Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkldaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndənsonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib. Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfində Hikmət Fərəcovuin ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Tarix: 31-07-2020, 19:10 Oxunub: 101


Bölməyə aid digər xəbərlər