23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fəhlə bədbəxt hadisə nəticəsində öldü

Fəhlə bədbəxt hadisə nəticəsində öldü

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

GununNebzi.az
Qaradağ rayon prokurorluğuna istinadən xəbər verir ki, hadisə noyabrın 16-sı saat 15 radələrində Baş Ələt qəsəbəsində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində baş verib. Orada fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Tarix: 17-11-2022, 10:15 Oxunub: 33


Bölməyə aid digər xəbərlər