23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hərbi qulluqçumuz odlu silahdan açılmış atəş nəticəsində ölüb

Hərbi qulluqçumuz odlu silahdan açılmış atəş nəticəsində ölüb

Bu gün əsgər Məmmədov Elnur Ağazadə oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Onun sözlərinə görə, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib:

“Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

(Qafqazinfo)

Tarix: 4-12-2022, 19:34 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
6-04-2021, 12:26 Hərbçimiz İNTİHAR ETDİ