02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
DTX tərəfindən saxlanılan “Broker Əbülfəz”in həbs müddəti uzadıldı

DTX tərəfindən saxlanılan “Broker Əbülfəz”in həbs müddəti uzadıldı

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

GununNebzi.az-
ın APA-ya istinadən verdiyi məlumatına görə , Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Əbülfəz Məlikov barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam edir.

Tarix: 5-12-2022, 11:39 Oxunub: 17


Bölməyə aid digər xəbərlər