23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Göyçayda hamilə qadın bətnindəki uşaqla birgə ÖLDÜ

Göyçayda hamilə qadın bətnindəki uşaqla birgə ÖLDÜ

Göyçay rayonunda hamilə qadın yaşadığı evdə dünyasını dəyişib.

GununNebzi.az-
ın Unikal-a istinadən məlumatına görə, rayonun Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşərək yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər. Bətnində 8 aylıq körpəsi olan hamilə qadın ilk uşağını dünyaya gətirəcəkdi. Müayinə zamanı ana bətnindəki uşağın da öldüyü məlum olub. Fidan Kərimovanın ölümünün səbəbi hələ ki, bilinmir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Müayinə və ekspertiza rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix: 17-01-2023, 09:55 Oxunub: 22


Bölməyə aid digər xəbərlər