21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRAR

Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRARBu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin həbs olunan daha bir neçə üzvünün apelyasiya şikayətinə baxılıb.

GununNebzi.az -ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda Telman Seyfullayevin apelyasiya şikayətinin dəlilləri araşdırlıb.

Onun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Məhəbbət Nağıyevin həbsdən azad olunması ilə bağlı verdiyi şikayət rədd olunub.

Hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan iclasda isə Ceyhun Novruzovun və İlkin Əliyevin şikayətinə baxılıb.

Hər iki təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.

***

14:15

Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin həbs olunan üzvlərinin ayrı-ayrılıqda apelyasiya şikayətlərinə baxılır.

GununNebzi.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursqqulovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Seymur Əhmədovun şikayətinə baxılıb. Hakim onun şikayətini təmin etməyib.

Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan iclasda İsmayıl Məmmədovun, hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan iclasda Ramid Zəkrullanın, hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda Ayaz Məhərrəmovun, hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda Baba Süleymanovun, hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan iclasda Elçin Mehdiyevin apelyasiya şikayətlərinin dəlilləri ayrı-ayrılıqda araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, təqsirləndirilən şəxslərin şikayətləri təmin olunmayıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu günə kimi həbs olunan şəxslər bunlardır:

Həsənov İsmayıl Vaqif oğlu, Quliyev Vüsal Güdüz oğlu, Mövləyev Dəyanət Kərəm oğlu, İmanov Bəxtiyar Bədəl oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Ramid Zəkrulla, Rəhimli Şəmsi Rasim oğlu, Məmmədov Elvin Sarif oğlu, Əhmədov Seymur İntiqam oğlu, Yusifli Asif Qənbər oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Əhmədov Emin Şirməmməd oğlu, Mahmudov Kamil Akif oğlu, Vəliyev Tural Famil oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Əliyev İlkin Pirəli oğlu, Vahabov Müşfiq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Nağıyev Məhəbbət Rövşən oğlu, Novruzov Ceyhun Fərhad oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Mehdiyev Elçin Eldar oğlu, Süleymanov Baba Tahir oğlu, Çobanov Pərvin Nadir oğlu, Məhərrəmov Ayaz Həbib oğlu, Seyfullayev Telman Saleh oğlu, Qəhrəmanlı Fuad Əli oğlu, Məmmədov Fariz Azər oğlu, Mirzəyev Gündüz Vaqif oğlu.

Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Ümumilikdə həbs olunanların sayı 31 nəfərdir.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 ay müddətinə həb qətimkan tədbiri seçilib.

Həbs olunan şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilir.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

(Teleqraf.com)


Tarix: 28-07-2020, 18:58 Oxunub: 88


Bölməyə aid digər xəbərlər