15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Daşkəsəndə ər və arvadın qətlinin TƏFƏRRÜATI

Daşkəsəndə ər və arvadın qətlinin TƏFƏRRÜATI

Daşkəsəndə ər və arvadın qətlinin təfərrüatı məlum olub.

GununNebzi.az-
ın“Report”a istinadən məlumatına görə, Daşkəsən rayon Mədənçilər qəsəbəsində qətlə yetirilən 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın övladları olmayıb.

Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan səssiz insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində “Şaka” kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, ər və arvad yaşadıqları evdə küt alətlə aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Daşkəsən rayonunda ər və arvad qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Bildirilib ki, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Tarix: 4-04-2023, 22:36 Oxunub: 28


Bölməyə aid digər xəbərlər