21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Narkozda ölən xəstəyə görə cinayət işi başlandı

Narkozda ölən xəstəyə görə cinayət işi başlandı

Qəbələdə həkim səhlənkarlığı ilə bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğundan verilən məlumata görə, 1990-cı il təvəllüdlü İsmayıllı rayon sakini Murad Süleymanlının yanvarın 14-də Qəbələ Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı M.Süleymanlının xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Xatırladaq ki, bir müddət öncə sözügedən hadisə ilə bağlı Orxan Süleymanlı "Qafqazinfo"ya müraciət edərək qardaşı M.Süleymanlının ölümündə həkimləri günahlandırmışdı.

Tarix: 17-04-2023, 13:55 Oxunub: 17


Bölməyə aid digər xəbərlər