16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Doğum evindəki ölümə görə cinayət işi başlandı

Doğum evindəki ölümə görə cinayət işi başlandı

Bakıda 6 saylı doğum evində yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, bu ilin 26 iyulunda “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”nun doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş verib. Nəticədə uşaq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 6 saylı doğum evi kimi də tanınır.

(Qafqazinfo)

Tarix: 15-11-2022, 16:01 Oxunub: 11


Bölməyə aid digər xəbərlər