21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bərdədə yeni doğulmuş körpə həkimlərin səhlənkarlığının qurbanı oldu - RƏSMİ

Bərdədə yeni doğulmuş körpə həkimlərin səhlənkarlığının qurbanı oldu - RƏSMİSentyabrın 5-də saat 9 radələrində Bərdə rayonu, Mirzalıbəyli kənd sakini Aytac Qasımovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Aytac Qasımovanın sentyabrın 4-də saat 16 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün qeysəriyyə əməliyyatı aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Tarix: 7-09-2020, 17:19 Oxunub: 224


Bölməyə aid digər xəbərlər