23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bərdədə BƏDBƏXT HADİSƏ: 21 yaşlı gənci "tok" vurub öldürdü

Bərdədə BƏDBƏXT HADİSƏ: 21 yaşlı gənci "tok" vurub öldürdüAvqustun 26-da saat 15 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

GununNebzi.az xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. / "Olke"


Tarix: 27-08-2020, 21:00 Oxunub: 178


Bölməyə aid digər xəbərlər