23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Abşeronda BƏDBƏXT HADİSƏ: Usta sexdə yıxılıb öldü

Abşeronda BƏDBƏXT HADİSƏ: Usta sexdə yıxılıb öldüAbşeronda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

GununNebzi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, avqustun 21-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində yerləşən “ABBA PLUS” MMC-yə məxsus mebel istehsalı sexində usta işləyən Nazim Hüseynov iş zamanı nərdivandan yıxılaraq vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Tarix: 25-08-2020, 08:30 Oxunub: 172


Bölməyə aid digər xəbərlər