21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Təcili tibbi yardım maşını aşdı, ölən və yaralananlar var - Video - Yenilənib

Təcili tibbi yardım maşını aşdı, ölən və yaralananlar var - Video - Yenilənib

Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.

GununNebzi.az
qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər TikTok platformasında yayılıb.

Məlumata görə, təcili tibbi yardım maşını Masallı Bioloji Təbabət Klinikasına məxsusdur.

Məsələ ilə bağlı sözügedən klinikadan Oxu.Az-a bildirilib ki, hadisə dünən Masallıda qeydə alınıb: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı avtomobildə pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.


***

DİN Masallıda baş verən yol qəzası barədə məlumat açıqlayıb.

Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub. “Mercedes” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib. Təcili tibbi yardım maşınının sürücüsü və daha iki tibb işçisi isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Tarix: 18-05-2023, 14:03 Oxunub: 4


Bölməyə aid digər xəbərlər