23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Cəlilabadda 17 yaşlı oğlan bacısını qətlə yetirdi

Cəlilabadda 17 yaşlı oğlan bacısını qətlə yetirdi

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Ş-nın qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Ş şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Tarix: 20-05-2023, 20:44 Oxunub: 7


Bölməyə aid digər xəbərlər