Çimərlikdə avtoxuliqanlıq edən Rəşadın cəzası bəlli oldu

Çimərlikdə avtoxuliqanlıq edən Rəşadın cəzası bəlli oldu

Xəzər rayonu ərazisindəki çimərlikdə avtoxuliqanlıq edən şəxs məhkəməyə çıxarılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

A. Əsgərli bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 21 yaşlı Rəşad Heydərzadə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs olunub. Bundan başqa o, 1 illik sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə R. Heydərzadənin çimərlik ərazisində “Vaz 2107” markalı avtomobillə avtoxuliqanlıq etdiyini əks etdirən videogörüntülər yayılıb.

Tarix: 28-06-2023, 19:05 Oxunub: 17


Bölməyə aid digər xəbərlər