DİN: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

DİN: Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkinindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Həmçinin, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix: 15-07-2023, 16:44 Oxunub: 16


Bölməyə aid digər xəbərlər