Tapança ilə pivə içməyə getdi, həbs olundu

Tapança ilə pivə içməyə getdi, həbs olundu

Suraxanı rayonu, Hövsan qəsəbəsində Hövsan dəmiryolu stansiyasında yerləşən "Kafe Vağzal” restoranında saxlanılan tapançalı şəxsə hökm oxunub.

GununNebzi.az-
ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Rövşən adlı şəxs üzərində gəzdirdiyi tapançayla "Kafe Vağzal”a daxil olaraq pivə içmək qərarına gəlib. O, pivə içmək istəyən zaman polis əməkdaşalrı tərəfindən saxlanılıb.

Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman belində olan qulpu qara rəngli izolentlə bağlanmış ədəd üzərində 169094 nömrəli yazısı olan, "FEMARU, FEGYVER ES GEPGYAR RT 37” markalı tapança, tapançanın üzərində 4 patron aşkar edilib.

Barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Rövşən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Tarix: 17-07-2023, 23:57 Oxunub: 13


Bölməyə aid digər xəbərlər