Bakıda daha bir azyaşlı hovuzda boğuldu

Bakıda daha bir azyaşlı hovuzda boğuldu

Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.

GununNebzi.az
apa-ya istinadən xəbər verir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Tarix: 21-07-2023, 08:57 Oxunub: 10


Bölməyə aid digər xəbərlər