21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Çoxlu borclarımız var idi, bu periodda “Bravo”ya basqın ortaya çıxdı”

“Çoxlu borclarımız var idi, bu periodda “Bravo”ya basqın ortaya çıxdı”

“Bravo” hipermarketinə silahlı basqına görə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş “Unibank” ASC-nin nümayəndəsi mülki iddia qaldırıb.

Nümayəndə 16 min manat və 20 min 100 dollar dəymiş ziyanın ödənilməsini istəyib. Məhkəmə çatışmayan məsələlərə görə, mülki iddianı baxılmamış saxlayıb.

Prosesin davamında təqsirləndirilən İbrahim İbrahimli ifadə verib. İ.İbrahimli deyib ki, “Bravo”ya basqının əsas təşkilatçısı Ruhlan İsmayılovla yaxın olub, Ruhlan ona maddi və mənəvi köməklik edib. Onun sözlərinə görə, valideynləri şəxsi həyatı ilə bağlı bəzi məlumatları biləndən sonra ondan imtina ediblər: “Ruhlanla yeniyetmə yaşımdan tanış idik. Bir müddət restoranda işlədim. 2020-ci ildə pandemiyaya görə, restoranlar bağlandı. Maddi vəziyyətim pisləşdi. Həmin vaxtlarda Ruhlan mənə dəstək oldu. Bir müddət sonra onun evinə köçdüm, 3 il birlikdə yaşadıq”.

Müttəhimin dediyinə görə, sonradan Ruhlanın maddi vəziyyəti pisləşib, borcları yaranıb: “10 min manat borcu toplandı. Həmçinin kreditləri də ödəyə bilmirdi. Deyirdi ki, özümü öldürəcəyəm. Bu periodda “Bravo”ya basqın məsələsi ortaya çıxdı. Ruhlan dedi ki, sənin də borcların çoxdur. Ruhlan Dəyanətlə plan qurduqdan sonra evə silahlar alıb gətirdi. Deyirdi ki, silahlar Dəyanətin adına alınıb, sənədləri var. Mən basqında iştirak etməmişəm, həmin gün Ruhlanla Dəyanət Azər Məmmədovun maşınına minib getdilər. Sonrası da məlumdur”.

Prosesin sonunda təqsirləndirilən Azər Məmmədovun vəkili Pərviz Məmmədov vəsatət qaldıraraq Dəyanət Qüdrətovun istintaqdakı ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkil deyib ki, təqsirləndirilən şəxs ötən həftə məhkəmədə istintaq dövründə təzyiq altında dindirildiyini deyib. Bu əsasla həmin ifadə sübut kimi götürülə bilməz.

Hakim vəkilin diqqətinə çatdırıb ki, həmin məsələ ilə bağlı prokurorluğa qərar göndərilib. Məhkəmə veriləcək cavaba əsasən qərar qəbul edəcək.

Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.

Tarix: 22-11-2023, 17:59 Oxunub: 8


Bölməyə aid digər xəbərlər