02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Narkozdan ölən şəxsə görə həkim məhkəmə qarşısına çıxarılacaq

Narkozdan ölən şəxsə görə həkim məhkəmə qarşısına çıxarılacaq

Bu il yanvarın 14-də İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işinin istintaqı tamamlanıb.

GununNebzi.az
rayon prokurorluğuna istinadən xəbər verir ki, istintaqla həmin tibb müəssisəsinin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Vahid Babayevin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdiyi qüsurlu tibbi xidmət nəticəsində Murad Süleymanlının ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Tarix: 30-11-2023, 15:32 Oxunub: 5


Bölməyə aid digər xəbərlər