15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Goranboyda pirotexniki vasitə satan şəxslər saxlanılıb

Goranboyda pirotexniki vasitə satan şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı 2 nəfər rayon sakinindən satdıqları partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Goranboyda pirotexniki vasitə satan şəxslər saxlanılıb

Tarix: 11-12-2023, 20:05 Oxunub: 6


Bölməyə aid digər xəbərlər