23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
23:39 / 25-11-2024
Sumqayıtda “Bəy hamamı” yandı - Yenilənib+Video
23:37 / 25-11-2024
İlham Əliyev Trampa zəng vurdu
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib.
GununNebzi.az-ın“Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.
Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə müttəhim kürsüsündə əyləşir.
Müttəhimlərin hər biri 2 ilə yaxındır həbsdədirlər. Eyni cinayət əməlində təqsirləndirilən şəxslərdən bir neçəsinin işi başqa icraatda araşdırılır. İşdə ən çox adı keçən polkovnik Rafael Xələfov da daxil olmaqla bir neçə nəfərin işi ilə bağlı isə ibtidai araşdırma davam edir.
Budəfəki iclasda hərbi hissələrdə maliyyə xidməti rəisləri işləyən zabitlər şahid qismində ifadə verib. Şahidlər özləri də bu iş üzrə yeyintidə iştirak ediblər. 143 milyon hesablanmış dəymiş ziyanın müəyyən hissəsi onların ayağına yazılıb. Lakin istintaq orqanı onları təqsirləndirilən şəxs qismində cəlb etməyib, ziyanı ödəmələri üçün şans verib.
Hərbi mühasiblər hamısı, demək olar, eyni məzmunlu ifadə veriblər. Nazirliyin maliyyə idarəsindən hərbi-hissələrə vəsait ayrılıb, həmin pulun da bir hissəsi özlərinin dediyi kimi bineyi-qədimdən mövcud olan qayda üzrə mənimsənilib.
Şəxsi heyətin təminatı üçün ayrılan pullar necə bölünüb?
N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Elşən Salmanov deyir ki, nazirliyin maliyyə idarəsindən onlara ayrılan vəsaitdən hər dəfə 20 faiz hərbi korpusun maliyyə şöbəsinə, 30 faizi isə təftişə verilib. Yerdə qalan məbləğ isə şəxsi heyətin xərclərinə və əlavə xərclərə sərf olunub.
Generalın vəkili Rəşad Mirmehdizadənin “əlavə xərclər nə idi, hara pul verirdiniz?” -, sualına şahid “vermədiyimiz yer var idi ki? Elə hər yerə” -, cavabını verib.
Şahidin özü tərəfindən işlədiyi dövrdə 1 milyon manatdan çox mənimsəmə aşkar edilib. Dövlətə dəymiş ziyan kimi yazılmış həmin məbləğin 260 min manatını geri ödəyib.
Onun özünə aid ziyanın böyük hissəsini ödəməməsi vəkil Mirmehdizadəni yenidən ayağa qaldırıb: “Bu cinayət iştirakçılıqla törədilib. Mənimsənilən məbləğ də hamıya aiddir. Nizami Məmmədov 12 milyon manat pul ödəyib oturub içəridə, elə adamlar var heçnə ödəməyiblər amma çöldədirlər. Həmin ödənilməyən ziyana görə bu adamlar həbsdə qalıb. Buna bir aydınlıq gətirmək lazımdır”.
Salmanov dəymiş ziyanı tam ödəməyə çalışdığını bildirib.
“O şeytanın yer üzündəki timsalıdır…”
Şahid ifadəsi əsnasında Nəzarət və təftiş şöbəsinin müdiri olmuş polkovnik Rafael Xələfovun əməllərindən danışıb, onu ən böyük düşməni adlandırıb.
Şahidin dedikləri generalın digər vəkili Faiq Hüseynovda sual yaradıb. Vəkil ondan Xələfovla nəyə görə münasibətinin olmadığını maraqlanıb: “Rafael Xələfovla həm də şəxsi işlə bağlı çox pis münasibətdə olmuşuq. O, şeytanın yer üzündəki timsalıdır. Mənə çox pisliyi dəyib. Bir dəfə Nizami Məmmədovun qəbulunda oldum, dedim ki, bəs, bu Xələfov sizə mənim haqqımda səhv məruzələr edir”.
General Məmmədov şahidin onun yanına gəlməsini təsdiqləyib. Deyib ki, şahid bir dəfə onun yanına gəlib, sonralar Rafael Xələfov gəlməsinə imkan verməyib.
Növbəti şahid Kərəm Xəlilov ordu korpuslarından birinin maliyyə xidmətində, sonradan nazirliyin özündə işləyib. Onun vəzifə səlahiyyətlərinə daxil olan işlərdən biri hərbi hissələrdə yoxlamalar keçirmək, aşkar olunmuş qayda pozuntuları ilə bağlı şöbə rəisinə məruzə etmək olub. Onun dediyinə görə, bütün yoxlamalar barədə birbaşa Rafael Xələfova məruzə edib. Onun tapşırığı ilə hərbi hissələrdən toplanmış pulları da elə ona təhvil verib.
“Xələfov əvvəl ifadəsində deyib ki, bir dəfə hərbi hissələrdən birindən alınmış 190 min manat pulu siz də daxil olmaqla “revizor”larla bölüb. Amma sonradan üzləşmədə boynuna almayıb. Deyib ki, "revizor”larla bölməmişəm. Bu nə məsələ idi?”-, vəkil R.Mirmehdizadə soruşub. “Rafael üzləşmədə nəyi boynuna alırdı ki, bunu da alsın?”-şahid cavab verib.
Vəkil bu məqamda Rafail Xələfovun məhkəmədə iştitakının təmin edilməsi barədə yenidən vəsatət qaldırıb:
“Ötən həftə mən bu barədə vəsatət verdim, amma təmin edilmədi. İndi görürük ki, ehtiyac var. Bütün şahidlər deyir ki, onları Rafael aldadıb. Xahiş edirəm, gəlib otursun burada, aydınlıq gətirsin”.
Vəsatət generalın digər vəkilləri Faiq Hüseynov və Cahangir Cavadov tərəfindən müdafiə edilib.
Sədrlik edən hakim vəsatəti təmin etməyib.
Müdafiə Nazirliyinin İşlər idarəsinin sabiq müdiri İlqar Məmmədov da iş üzrə şahid qismində ifadə verib. Şahid deyib ki, maliyyə idarəsi hər ayın sonu şəxsi heyətin sayına uyğun olaraq onlara vəsait köçürüb. İ.Məmmədovun sözlərinə görə, ümumi köçürmədən əlavə müəyyən vaxtlarda əlavə xərclər olub. Həmin xərclər də Nizami Məmmədov tərəfindən qarşılanıb:
“Məsələn elə olurdu ki, yuxarı rəhbərlikdən məlumat gəlirdi ki, qonaqlar gələcək. Onları qarşılamaq və hədiyyələr almaq üçün general Məmmədovdan xahiş etmişik əlavə pul ayırıb”.
Baş Qərargah rəisi göstərişlər verib…
Hakim Fikrət Məmmədov şahiddən sabiq Baş qərərgah rəisinin (Nəcməddin Sadıkov-red) ona hansısa göstəriş verib-vermədiyini soruşub. Şahid Nizami Məmmədovun baş qərargah rəisinin göstərişi ilə pul ayırdığını bildirib:
“Rəsmi tapşırıq olurdu, general Məmmədov da yerinə yetirirdi. Elə olurdu ki, gecə ilə çağırırdı ki, rəhbərliyin tapşırığı var. Pul verirdi, həll edirdik”.
Müttəhim general şahidin ifadəsinə münasibət bildirərkən işlər idarəsi üçün qonaqların qarşılanması məqsədilə vəsait ayrılmadığını, öz hesabına həll etdiyini qeyd edib.
İfadə verən digər şahidlər də bənzər danışıblar. Onlar da ifadələrində şəxsi heyətin ehtiyacları üçün ayrılan vəsaitlərin bir hissəsinin tabe olduqları korpusun maliyyə şöbəsinə, bir hissəsini təftişə verdiklərini, qalan pulun isə bir qismini özləri mənimsədiklərini etiraf ediblər. Onlar hadisə baş verən dövrdə də əvvəllər də eyni qayda ilə işlədiklərini ifadə ediblər: “Bineyi qədimdən qayda belə olub”-, ifadə verən maliyyə xidməti rəislərindən biri belə deyib.
Maliyyə xidməti rəislərindən biri bu cür işləmələrini el məsəli ilə müqayisə edib:
“Palaza bürün, ellə sürün”.
Proses gələn cümə günü davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-12-2023, 14:02 Oxunub: 11
Bölməyə aid digər xəbərlər
8-09-2023, 15:49
Jurnalistlər 100 milyonluq məhkəmə işinə buraxılmadı
2-12-2023, 18:55
General Nizami Məmmədovun məhkəməsi: “Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb”
15-09-2023, 15:21
Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub - Bu qədər ödəyib...
29-08-2023, 10:36
General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
13-02-2022, 17:20
DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Yenilənib