15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Prokurorluq patrul.az-ın rəhbəri barədə hökmdən protest verdi

Prokurorluq patrul.az-ın rəhbəri barədə hökmdən protest verdi
Baş Prokurorluq şantajda təqsirləndirilən şəxsə bəraət hökmü verilməsindən protest verib.

GununNebzi.az
prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, patrul.az MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşa hədə-qorxu gəlib. Onlar vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərinin media və sosial şəbəkə səhifələrindən silinməsi barədə yalan vəd verərək onun 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli hökmü ilə Səməndər Niftəliyevə bəraət verilib, Həmzə Hüseynli isə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə eyni tarixli qərarla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Dövlət ittihamçısı tərəfindən 28 dekabr 2023-cü il tarixdə qeyd edilən bəraət hökmündən və qərardan apellyasiya protesti verilib.


Tarix: 29-12-2023, 12:09 Oxunub: 2


Bölməyə aid digər xəbərlər