Sabirabad rayonunda ictimai yerdə qadına qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş 2 gənc həbs edilib.
GununNebzi.az qafqazinfo -ya istinadən xəbər verir ki, hadisə matın 9-na keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində baş verib.
Polisə 1992-ci il təvəllüdlü E.S. və tanışı, Quba sakini 1998-ci il təvəllüdlü T.M.-in küçədə süpürgəçi qadına əxlaqsız təkliflər etməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq şöbəyə aparıblar. Məlum olub ki, gənclər gecə saatlarında sərxoş halda küçəni süpürən qadına nalayiq təkliflər ediblər və onun özləri ilə birgə getməsini istəyiblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs sərxoş halda olmalarını bildiriblər və törətdikləri əmələ görə üzrxahlıq ediblər.
Saxlanılan şəxslər Sabirabad Rayon Məhkəməsinə göndərilib və onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğusumuza cavab olaraq məlumatı təsdiq ediblər.
Bölməyə aid digər xəbərlər