Bir neçə gün əvvəl Bakı Metropoliteninin “28 May” stansiyasında xuliqanlıq əməli törətmiş 2 nəfər həbs edilib.
GununNebzi.az qafqazinfo -ya istinadən xəbər verir ki, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanunui tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxslər Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Məhkəmənin qərarı ilə Masallı rayon Türkoba kənd sakini, 2002-ci il təvəllüdlü Azər Salahova (soyad şərtidir) 10, onun həmkəndlisi 2000-ci il təvəllüdlü Xanəli Məmmədova isə 15 sutka həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, dostlar paytaxtın Yasamal rayonu ərazisindəki restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə metronun “20 Yanvar” stansiyasına daxil olan hər iki şəxs digər dostları ilə birgə “Həzi Aslanova” getmək istəyiblər.
Lakin onlar qatarda sərxoş halda səs-küy salmağa, insanları narahat etməyə başlayıblar. Qatarda olan mülki geyimli polis əməkdaşı onları “28 May” stansiyasında qatardan düşürüb və bu zaman dava-dalaş baş verib.
Bölməyə aid digər xəbərlər