21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şirkətin əmlakını mənimsəyən satıcı azadlığa buraxıldı

Şirkətin əmlakını mənimsəyən satıcı azadlığa buraxıldı
Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən X.A.-nın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

GununNebzi.az-
ın Pravda.az-a istinadən məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət qismən təmin edilib, Tovuz Rayon Məhkəməsinin çıxardığı hökm cəza hissəsində dəyişdirilib. Belə ki, ona 1 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və X.A. dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

İttihama görə, X.A. müxtəlif ad, çeşid və miqdarda kənd təsərrüfatı məhsullarının və kənd təsərrüfatında istifadə olunan bitki mühafizəsi vasitələrinin (dərman və gübrə preparatlarının) alışını, satışını, idxalını, ixracını və istehsalını həyata keçirən şirkətlərdən birinin satıcı vəzifəsində işləyib. O, MMC-nin Tovuz rayonunun Abulbəyli kəndi ərazisində, Abulbəyli-Girzan avtomobil yolunun kənarında yerləşən mağazasında Cəmiyyətin mülkiyyətində olan malları şirkət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq, əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib. X.A. bu niyyətlə öz qulluq mövqeyindən istifadə edərək 2022-ci ildə şirkətin 27 588 manat məbləğində əmlakını mənimsəyib.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə o, 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək barəsindəki cəzanı dəyişdirərək şərti hesab olunmasını, həbslə əlaqədar olmayan yüngül cəza ilə əvəz edilməsini xahiş edib. Bildirilib ki, şirkətə dəymiş ziyanın 20000 manatı hökm çıxarıldıqdan sonra ödənilib.


Tarix: 13-03-2024, 09:39 Oxunub: 0


Bölməyə aid digər xəbərlər