21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi”

“Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi”
Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

GununNebzi.az
qafqazinfo -ya istinadən məlumatına görə, ağır cinayətdə ittiham olunan 4 nəfər kanvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Bu iş üzrə istintaq orqanı tərəfindən 10 nəfər şahid qismində tanınıb. Ötən gün onlardan 5-i hakim qarşısında ifadə verib.

Şahidlərlərdən biri Elməddin Əliyevdir. Əliyev polis əməkdaşıdır. Amma hadisə baş verən vaxt xidmətdə olmayıb. O, Fazil Mustafanın vurulduğu yerin yaxınlığında yaşayır.

Şahid deyir ki, hadisə vaxtı evinin həyətində gəzirmiş. Qəfil güllə səsi eşidib: “Tez küçəyə çıxdım. Səs gələn yeri dəqiq bilmədiyim üçün əvvəl səhv istiqamətə getdim. Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim. (Səbuhi Şirinovu nəzərdə tutur-red) Təxminən mənim yaşda olardı. Amma çox soyuqqanlı idi”.



Şahid istintaqa verdiyi ifadəsində deyir ki, ilk güllə səsindən sonra ardıcıl 2-3 dəfə də atəş səsi gəlib. Evdən çıxıb atəş səsi gələn yeri axtararkən isə qara kepka, qara şalvarlı tanış olmayan kişi görüb: “Yanımdan keçəndə səsli formada yerə tüpürdü. Onun bu hərəkəti və salam vermədən keçməsi qəribə gəldi. Arxası ilə baxdım, təxminən 30 yaşlı, 1.72 santimetr boylu kişi idi. Nə isə, evə qayıtdım. Bir az sonra polis maşını səsi eşitdim. Yenidən küçəyə çıxanda nə baş verdiyini öyrəndim”.

Şahid İslam Zeynalov da əvvəlki şahid kimi hadisə baş verən yerin yaxınlığında yaşayır. Dediyinə görə, həmin gün 6-8 dəfə güllə səsi eşidib. Zeynalov keçmiş hərbçidir. Bu səbəbdən o, güllənin səsinə görə hansı silahdan çıxdığını da müəyyən edib.

“Mən hal şahidi yox, səs şahidiyəm. Vəssalam”, - deyə Zeynalov ifadəsini bitirib.

Prosesin davamında iki nəfər hal şahidi ifadə verib. Hər iki şahid hadisədən sonra Fazil Mustafanı güllələməkdə ittiham olunan Səbuhi Şirinovun evində aparılan axtarışda iştirak ediblər. Şahidlər ikisi də eyni danışıb. Onlar axtarış zamanı evdən dini kitablar və 15 min manat pul çıxdığını görüblər.

Proses martın 29-u digər şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Ötən ilin martında baş vermiş cinayətə görə 5 nəfər-Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.


Tarix: 16-03-2024, 12:03 Oxunub: 2


Bölməyə aid digər xəbərlər
28-03-2023, 22:44 Fazil Mustafa güllələndi