16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Arvadını öldürən hakimin məhkəməsində şahid: “Özünü öldürmək istəyib”

Arvadını öldürən hakimin məhkəməsində şahid: “Özünü öldürmək istəyib”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

GununNebzi.az-
ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Yasin Umudov ifadə verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə daxil olan məlumat əsasında hadisə yerinə gedib:

“Hadisə Nardaranda baş verib. Fəqan Əhmədov sərxoş vəziyyətdə idi. Həyat yoldaşı Pərvanə Əhmədovanı ürəyindən vurdu. O, da divanda oturaq vəziyyətdə idi. Fəqan Əhmədov dedi ki, çölə çıxıb özünü öldürmək istəyib, lakin hadisədən sonra uşaqları gözünün önünə gəlib. Otaqda 2 giliz var idi. Söylədi ki, həmişə evlərində içki içdiyinə görə həyat yoldaşı ilə aralarında dava düşürdü. Bildirdi ki, “bu dəfə də zarafatyana silahı sinəsinə dirədim, amma bilməzdim ki, içində güllə olar”. Biz evin içərisində olanda otaqda hər hansı dava xarakterli bir şey görmədik. Yəni, nə qab-qacaq dağılmışdı, nə də sınmışdı”.

Daha sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Ülfət İsgəndərov dindirilib. O qeyd edib ki, həmin gün əməliyyat qrupunun rəhbəri olub:

“Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Fəqan müəllimi tanıdım. Çox həyacanlı görünürdü, hadisədən sonra peşman idi. Evin içərisində mübahisə yarada biləcək heç bir hal görmədim. İçkili vəziyyətdə idi”.

Məhkəmədə təqsirləndirilən şəxsin övladına dindirilməsi üçün söz verilib. Lakin o, ifadə verməkdən imtina edib.

Növbəti məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.“Report”

Tarix: 16-09-2021, 17:58 Oxunub: 175


Bölməyə aid digər xəbərlər