01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Baş Prokurorluq arvadını güllələyərək öldürən hakimin vəkilinə xəbərdarlıq etdi - YENİLƏNİB

Baş Prokurorluq arvadını güllələyərək öldürən hakimin vəkilinə xəbərdarlıq etdi - YENİLƏNİB

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkilinin açıqlaması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsini istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

***
09:21

Bakıda məhkəmə hakimi arvadını öldürüb.


GununNebzi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Tarix: 31-05-2021, 14:00 Oxunub: 326


Bölməyə aid digər xəbərlər