01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Şamaxıda ər və arvadı döyüb qarət edənlər həbs edilib

Şamaxıda ər və arvadı döyüb qarət edənlər həbs edilibŞamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslər həbs edilib.

GununNebzi.az xəbər verir ki, Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020 ci il tarixdə gecə saat 2 radələrində yaşadığı Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Məcid oğlunu döyərək əmlakını talan edib.

Keçirilmiş istintaq tədbirləri zamanı məlum olub ki, Şamaxı şəhər sakinləri 21 yaşlı Heybətov Elxan Ənvər oğlu, 28 yaşlı Həmidov Pərvin Babək oğlu və 35 yaşlı Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Z.Niyazovanın yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla evdə olan çəliklə (əsa) və bıçaqla Z.Niyazovanı və P.Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan Nokia 112 markalı, Samsung Galaxy J2 markalı mobil telefonları, 17 manat nəğd pulu götürərək qaçıblar.

Hazırda onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam edir.


"Report"


Tarix: 1-09-2020, 06:46 Oxunub: 171


Bölməyə aid digər xəbərlər