21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Alimpaşa Məmmədov11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Alimpaşa Məmmədov11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Korrupsiya cinayətinə görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.

GununNebzi.az-
ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son sözündə içəridə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn A.Məmmədov 3 il 2 aydır həbsdədir.


Tarix: 24-06-2024, 12:52 Oxunub: 0


Bölməyə aid digər xəbərlər