02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Prokuror Alimpaşa Məmmədova 13 il həbs istədi

Prokuror Alimpaşa Məmmədova 13 il həbs istədi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

GununNebzi.az
“Qafqazinfo”ya istinadən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Məmmədovun vəzifə səlahiyyətlərindən istifadə etməkdə, xüsusilə külli miqdarda mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Eks-icra başçısı təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün oktyabrın 3-ə kimi vaxt verilib.

Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham irəli sürülüb. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.

Tarix: 26-09-2023, 18:36 Oxunub: 11


Bölməyə aid digər xəbərlər