02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Xəstəxanada müalicə alan 23 yaşlı qadın öldürüldü, qaynı tutuldu - Yenilənib

Xəstəxanada müalicə alan 23 yaşlı qadın öldürüldü, qaynı tutuldu - Yenilənib
Sumqayıtda qətl törədilib.

GununNebzi.az
DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 12:30 radələrində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırmalar aparılır.

***

Sumqayıt Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 9-u saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.


Tarix: 9-08-2024, 16:44 Oxunub: 2


Bölməyə aid digər xəbərlər