Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçiriən qayınana və gəlini saxlanılıb
gununnebzi.az bildirir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A.Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B.Əliyeva və onun gəlini A.Abdullayeva saxlanılıblar. Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam edir. Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.
Bölməyə aid digər xəbərlər