23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda işdən çıxan baş həkimin meyit tapıldı

Bakıda işdən çıxan baş həkimin meyit tapıldıBu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

GununNebzi.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, vəfat edən şəxs həkimdir və 3 il əvvələdək Nizami rayonu ərazisində yerləşən poliklinikanın baş həkimi olub. 3 il əvvəl isə o, təqaüdə çıxıb.

Araşdırma aparılır.


Tarix: 17-09-2020, 18:26 Oxunub: 140


Bölməyə aid digər xəbərlər
29-08-2020, 22:13 Bakıda evdən meyit tapıldı