Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan altı nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri, xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bölməyə aid digər xəbərlər