Paytaxtın Səbail rayonunda xüsusi karantin rejimi qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
GununNebzi.az xbəe verir ki, Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən Metbuat.az-a verilən məlumata görə, Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə, 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.
Bölməyə aid digər xəbərlər