23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR

Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLARHazırda işğalçı ölkənin silahlı qüvvələri bu gün saat 10 radələrindən başlayaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

İşğalçı ölkənin silahlı qüvvələri Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR
















Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR














Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR

















Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR


Tarix: 4-10-2020, 12:34 Oxunub: 122


Bölməyə aid digər xəbərlər