18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Naxçıvan DTX-sı Ermənistana aid mühüm sənədlər YAYDI - FOTO

Naxçıvan DTX-sı Ermənistana aid mühüm sənədlər YAYDI - FOTOMüharibə dövründə Ermənistan vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina etmələrini sübut edən sənədlər əldə olunub. Həmin sənədlər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan polis orqanlarına və qondarma “Dağlıq Qarabağ Respublikası”nın Xarici İşlər Nazirliyinə göndərilib.

GununNebzi.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Azərbaycanın erməni təxribatına qarşı 27 sentyabr 2020-ci il tarixindən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı, guya dünyanın müxtəlif ölkələrində olan erməni əsilli şəxslərin döyüşmək üçün könüllü olaraq Qarabağa gəlməsi barədə Ermənistan tərəfindən mütəmadi olaraq yayılan məlumatların yalan olduğu müəyyənləşmişdir. Belə ki, Naxçıvan Muxar Respublikası Dövlət Təhlüksəziliyi Xidməti tərəfindən düşmən Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərinin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir”.

Həmin sənədləri Azərbaycan və erməni dilində təqdim edirik.

Naxçıvan DTX-sı Ermənistana aid mühüm sənədlər YAYDI - FOTO






















Naxçıvan DTX-sı Ermənistana aid mühüm sənədlər YAYDI - FOTO


Tarix: 5-10-2020, 22:43 Oxunub: 148


Bölməyə aid digər xəbərlər