23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xızıda evdən 7 min manat pul oğurlandı

Xızıda evdən 7 min manat pul oğurlandıXızı rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə,

Belə ki, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7 000 manat pulun oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilən pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Tarix: 21-11-2020, 12:00 Oxunub: 130


Bölməyə aid digər xəbərlər