23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan Premyer Liqasının liderlərinə yüksək məbləğdə cərimə - SİYAHI

Azərbaycan Premyer Liqasının liderlərinə yüksək məbləğdə cərimə - SİYAHI

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

GununNebzi.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bir sıra qərarlar qəbul olunub:

- Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);

- 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

- 1/2 final mərhələsinin “Neftçi” – “Zirə” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);

- Premyer Liqanın XXV turunun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);

- “Qarabağ” klubunun azarkeşləri “Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 49.1);

- “Qarabağ” klubunun futbolçusu Patrik Andrade ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

- XXV turun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

- XXV turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.1);

- “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Tarix: 6-05-2022, 14:10 Oxunub: 130


Bölməyə aid digər xəbərlər